"Fabien" tufanı 140 min nəfəri işıqsız qoydu


Dünya 24 Sen 2018 13:57:00 234 0

"Fabien" tufanı 140 min nəfəri işıqsız qoydu

Çexiyada "Fabien" tufanı nəticəsində 60 min ailə işıqsız qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər gecə saatlarından davam edir.

Tufan nəticəsində 140 min istehlakçı elektrik enerjisiz qalıb, onların böyük hissəsi artıq şəbəkəyə qoşulub. Təqribən 60 min ailə hələ də işıqsızdır.