"Dizimi yerə qoyacaqdım, gülü vuracaqdı təpəmə"


Digərləri 24 Sen 2018 13:48:00 304 0

"Dizimi yerə qoyacaqdım, gülü vuracaqdı təpəmə"

“Təyyarədən paraşütlə tullanıb göydə üzük göstərirlər, nə bilim, dənizin altında, orda-burda...”

ARB TV-nin "Pəncərə" verilişinin növbəti qonağı deputat Aqil Abbas indiki gənclərin evlilik təkliflərinə iradını bildirdi. "Mənə gülməli gəlir belə şeylər". Bəzən gənclər ictimai formada evlilik təklifləri edirlər. Öz sevgilərini bölüşürlər. Bu cür evlilik təklif olunanda düşünülür ki, insanlar alqışlayacaq, təbrik edəcəklər. Amma bu, həmişə belə qarşılanmır. Son.az xəbər verir ki, deputat Aqil Abbas ictimai formada təklif olunan evliliyin niyə görə hərdən aqressiya yaratması məsələsinə açıqlama verdi: "Bu, bizim xalqa aid olmayan məsələdir. Buna Avropada, Amerikada, Fransada və başqa bu tip ölkələrdə adi baxırlar. Bizim mentalitetdə olmadığından insanlar buna bir az başqa cür baxırlar. Bu sevginin nümayişidir. Adam sevgini pıçıltı ilə deyər. Dizini yerə qoyub 2 dəstə gül, ariya oxuyur. Buna görə hərdən insanlar bu tip şeylərə aqressiya göstərirlər. Mən isə aqressiya göstərmirəm, gülürəm. Burada əxlaqsız bir şey yoxdur, amma gülməlidir. Bu, alman, ingilis və ya fransız üçün gülməli deyil. O gənclər bizdən biridir, sadəcə olaraq, bu fransız düşüncəsidir. 5-10 ildən sonra artıq bizdə də gülməli görünməyəcək". Aqil Abbas mediada şəxsi həyatın müzakirə olunmasından qaçsa da vaxtilə özünün evlilik təklifindən danışdı: "Bu hadisəni danışmaq düz deyil, amma mənim də bir qızdan xoşum gəlib, telefon nömrəsini tapmışam, getmişəm görüşmüşəm". Gəncliyiniz eyni dövrə təsadüf etsəydi, necə davranardız sualına isə "Yox, dizimi yerə qoyub deyəcəkdim mənə gəl, o da gülü vuracaqdı təpəmə" deyə cavab verdi.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar