Nazir müavini: "Azərbaycan regional tranzit mərkəzinə çevrilməsi üçün vacib addımlar atır"


Digərləri 24 Sen 2018 13:13:00 247 0

Nazir müavini: "Azərbaycan regional tranzit mərkəzinə çevrilməsi üçün vacib addımlar atır"

Azərbaycanda elektron kommersiya sahəsində hüquqi nizamlanmanın formalaşdırılması və təmin olunması üçün vacib addımlar atılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda elektron kommersiya forumu zamanı Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, vacib addımlardan biri yerli məhsulun beynəlxalq bazara çıxışı imkanının təmin olunmasıdır:

"Ölkədə qəbul olunmuş hüquqi və normativ aktlar, o cümlədən "Elektron kommersiya haqqında" qanun, 2014-2020-ci illər üçün İnformasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya və iqtisadiyyatın müxtəlif sahələri üzrə strateji yol xəritələri bu sahədə qarşıya qoyulan hədəflərin reallaşdırılmasına imkan yaradır".