XƏBƏRDARLIQ - Havanın temperaturu 4 dərəcə aşağı enəcək


Digərləri 24 Sen 2018 13:10:00 236 0

XƏBƏRDARLIQ - Havanın temperaturu 4 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.