Novxanıda 76 yaşlı qadına zorakılıq edən şəxslər tutulub (FOTO)


Digərləri 24 Sen 2018 13:07:00 218 0

Novxanıda 76 yaşlı qadına zorakılıq edən şəxslər tutulub (FOTO)

76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən şəxslər saxlanılıb

Bakı. Bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər. DİN-dən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.