Nura Suri: “Millətimizə hörmət qoyun”


Şou-biznes 24 Sen 2018 12:40:00 226 0

Nura Suri: “Millətimizə hörmət qoyun”

Serial və ya film çəkəndə, hətta komediya janrı olsa belə, diqqətli olun. Azərbaycan xanımını həyasız, ağılsız, hiyləgər yox, güclü, fədakar, mərhəmətli və saf göstərin.

Son.az publika-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Tanınmış sənətçi rejissorları və ssenaristləri tamaşaçını güclü olmağa səsləyən, insanlara özünə inam aşılayan, eyni zamanda məna yükü olan film və layihələr çəkməyi dəvət edib: