Abşeronda oteldə 21 yaşlı qız qətlə yetirilib - YENİLƏNİB


Sosial 24 Sen 2018 12:15:00 257 0

Abşeronda oteldə 21 yaşlı qız qətlə yetirilib - YENİLƏNİB

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda “Oskar” otelində baş vermiş qətllə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

“İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

***11:49

Bakı. 24 sentyabr.