Dünya Bankı özünün yeni ekoloji və sosial normalar çərçivəsini təqdim edib


Digərləri 24 Sen 2018 11:51:00 275 0

Dünya Bankı özünün yeni ekoloji və sosial normalar çərçivəsini təqdim edib

Dünya Bankı Azərbaycandakı tərəfdaşları üçün Bankın yeni ekoloji və sosial normalar çərçivəsinin təqdimatını keçirıb.

Bakı. Dünya Bankı Azərbaycandakı tərəfdaşları üçün bankın yeni ekoloji və sosial normalar çərçivəsinin təqdimatını keçirıb. Trend-in məlumatına görə, yeni qaydalar 2016-cı ilin avqustunda qəbul olunub və bu ilin payızından etibarən Dünya Bankının dəstəkləyəcəyi bütün layihələrə tətbiq olunacaq. Dünya Bankının ekoloji və sosial normalarının yeniləşdirilməsi ehtiyacı bir neçə il əvvəl bu normaların digər beynəlxalq maliyyə təşkilatlarının siyasətləri ilə uyğunlaşdırılması, yeni narahatlıqların, məsələn, iqlim dəyişikliyi ilə bağlı risklərin daha yaxşı əhatə olunması və son dövrlərdə əldə edilmiş yaxşı praktikanı əks etdirmək zərurətindən yaranmışdı. Yeni normalar 4 il ərzində 60-dan çox ölkə ilə məsləhətləşmələrin gedişində hasil olub.