Dənizkənarı bulvarda naməlum meyit aşkarlanıb


Digərləri 24 Sen 2018 11:30:00 202 0

Dənizkənarı bulvarda naməlum meyit aşkarlanıb

Səbail rayonu ərazisində, Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi meyidi aşkar edilib.

Bakı. Samir Əli - Səbail rayonu ərazisində, Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi meyidi aşkar edilib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın ayının 23-də aşkarlanan meyitin xarakterik əlamətləri belədir: Boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır. Üzərində qısaqollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabıları var.