FHN ölümlə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb


Digərləri 24 Sen 2018 11:10:00 271 0

FHN ölümlə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb

Göygöl rayonu ərazisində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Bakı. Göygöl rayonu ərazisində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini və sürücü, 1975-ci il təvəllüdlü Babayev Yalçın Namaz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.