Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb


Digərləri 24 Sen 2018 11:07:00 369 0

Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb

Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr dayanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu" mövzusunda milli seminarda deyib.

O qeyd edib ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsi hazırlanıb. Nazirin sözlərinə görə, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq işlər aparılır.