Sahil Mühafizəsi batmaqda olan 4 nəfəri xilas edib (FOTO)


Digərləri 24 Sen 2018 11:03:00 305 0

Sahil Mühafizəsi batmaqda olan 4 nəfəri xilas edib (FOTO)

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

Bakı. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir. DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 21 sentyabr tarixində saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti mən­tə­qəsinə “Çİ-3508” bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərriyində yaranmış nasazlıq səbəbindən 4 nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.