Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır


Digərləri 24 Sen 2018 10:37:00 246 0

Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır

Azərbaycanın həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində ölkədə insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb

Bakı. Elçin Mehdiyev – Azərbaycanın həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində ölkədə insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb və indi aparılan işlərin məqsədi ərzaq təminatını daha da yaxşılaşdırmaqdır. Trend-in nəlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dayanıqlı və kənd təsərüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsini sürətləndirmək mövzusunda Milli seminarda deyib. O qeyd edib ki, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinə mühüm önəm verir. Ə.Əhmədov qeyd edib k, qlobal problemlər içərisində ayrı ayrı ölkələrdə insanların qidadan əziyyət çəkməsi mühün problemdir. O qeyd edib ki, iqlim dəyişikliyi ilə yanaşı iqtisadi gerimələr, müharibələr və münaqişələr dünyada ərzaq çatışmazlığına səbəb olur. O bildirib ki, Azərbaycan BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı ilə əməkdaşlıqdan məmmundur. Hesab edirik ki, bu əməkdaşlıq Kənd tısırrüfatının təkmilləşdirilməsinə, ərzaq tıhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin