“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 24 Sen 2018 09:57:31 200 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.18$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.18$-ın altında qaldıqca, 1.16$-a kimi də ucuzlaşa bilər. Ucuzlaşmaya səbəb çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (ing.: “FED”) faiz qərarı üzrə artım gözləntiləridir. Bununla yanaşı, saat 22:30-da baş tutacaq “FED”-in mətbuat konfransı da investorların diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, burada gələcək gözləntilərə təsir edə biləcək açıqlamalar önəmli rol oynayacaqdır. Cümə günü saat 13:00-da dərc ediləcək Avropanın inflyasiya ilə bağlı vacib fundamental məlumatların da birjalarda güclü dalğalanmalara səbəb olacağı gözlənilir. GBP GBP/USD məzənnəsi də 1.31$-ın altında qaldıqca, 1.29$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Burada İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” sazişi fonunda müzakirələr diqqət mərkəzində saxlanılmalıdır. İngiltərə höküməti üçün razılaşmanın əldə edilməməsi, mənfi nəticələrə və beləliklə, funt sterlinqdə də sürətli eniş dalğasına səbəb ola bilər. “BREXIT”in ləğv edilməsi fikirləri də son günlər səslənməyə başlayıb.