Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb


Digərləri 24 Sen 2018 09:30:00 235 0

Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöl dovşanı, sığırçın quşu götürülüb.