İranda matəm elan edildi


Dünya 24 Sen 2018 09:05:00 249 0

İranda matəm elan edildi

İran höküməti Əhvaz şəhərində baş verən terror aktı nəticəsində insan ölümü ilə əlaqədar sentyabrın 24-nü matəm günü elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhaninin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir: "Şənbə günü Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir".