"Əgər istəyirsənsə, özün cəhd et" tövsiyəsindən sonra karyera quran gənc


Digərləri 24 Sen 2018 07:21:00 283 0

"Əgər istəyirsənsə, özün cəhd et" tövsiyəsindən sonra karyera quran gənc

Gülnar Məmmədova: "Bu sənətlə normal pul qazanmaq mümkündür" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sadə şüşə stəkanları vurduğu naxışlarla gözəlləşdirir. Seçdiyi rənglər, qablara verdiyi millilik göz oxşayır. Məhz bu istedadı evdar qadın olsa da, bu gün onun peşəsinə çevrilib. Müsahibimiz vitraj ustası Gülnar Məmmədovadır.   "Rəssam olsam, ailəmi dolandıra bilmərəm"   Gülnar 3 uşaq anası, evdar qadındır. Hazırda məşğul olduğu peşənin təhsilini almayıb. Turizm üzrə mütəxəssis olsa da, uşaqlıqda anasının "əgər istəyirsənsə, özün cəhd et" tövsiyəsi onu bu sənətə gətirib: "Mənə elə gəlir ki, rəssamlıq insanın daxilindən gələn istəklə meydana çıxır. Yadımdadır, uşaq vaxtı çox şəkil çəkirdim. Sadə karandaşla kağız üzərində cızma-qara edirdim. 5-6 yaşım olanda, anam kağıza kukla çəkər, yanında da paltarlar təsvir edərdi. Həmin kuklaya kağızdan hazırladığımız paltarları geyindirərdik. Hər dəfə anamdan belə şəkil çəkməyini istəyərdim. Bir dəfə anam mənə dedi ki, əgər xoşuna gəlirsə, özün cəhd et. Beləliklə, məndə bu həvəs yarandı. Məktəb yaşlarımda mütəmadi olaraq şəkil çəkirdim. Amma rəssamlıqla bağlı təhsilə o qədər də ciddi yanaşmırdım. Ailədə də rəssam olmağımı istəmirdilər. Düşünürdülər ki, rəssam olsam, ailəmi dolandıra bilmərəm. İndi də rəssamlıq təhsili almadığım üçün təəssüf edirəm. Məktəb illərində rəsm müəllimim bu istedadımın fərqinə vardı və mənə dəstək oldu. Onun sayəsində hələ də şəkil çəkmək üçün karandaşı əlimdə tutmağı bacarıram. Artıq 8 ildir ki, bu işlə məşğulam". 


Xəbərə aid fotolar