"Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum" Örnək


Digərləri 24 Sen 2018 07:07:00 282 0

"Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum"  Örnək

İmran Lalayev deyir ki, onun üçün xoşbəxtlik ayaqlarının olmaması ilə bitmir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Xoşbəxtlik mənim üçün ayaqlarımın olmaması ilə bitmir". Bu onun şüarıdır. Pozitivliyi ilə məhdudiyyəti olan insanlara belə motivasiya verir. Ən əsası, qüsurlarını sevir, qəbul edir və bütün çətinliklərə sinə gərib, onlara gülümsəməyi bacarır.

"Örnək" rubrikasında qarşısına çıxan bütün çətinliklərə qarşı dimdik dayanan, həyatı sevən, fiziki məhdudiyyətlərin üstündən xətt çəkən İmran Lalayevlə söhbətləşdik. Qeyd edək ki, İmran Əsa Teatrının aktyorudur.   "Həyatda mübariz olmaq lazımdır"   O qədər pozitivdir ki, qüsurunu belə xoşbəxtlik hesab edir...  Həyat onu çox çətin sınaqlardan keçirib. Ən böyük sınağı isə ayaqlarını qurban verməsi ilə nəticələnib: "Hadisə 2013-cü il may ayının 24-də baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim. Yolun üstündə körpü var idi, hansı ki, altından qatar yolu keçirdi. Körpünün dirəkləri gözümün qarşısını kəsdiyi üçün qatarın gəldiyini görmədim, qulaqcıqlarım isə qatarın səsini eşitməyimə imkan vermədi. Qatar məni vuranda özümü atdım, lakin iki ayağım qatarın altında qaldı. 21 yaşım var idi və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü bu vəziyyətə elə həmin gün hazırladım və qəbullanmağım da çox vaxt aparmadı. Bu həqiqətdir ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu vəziyyət hər kəsin başına gələ bilər, əsas odur ki, özünü güclü hiss edib, üsyankar olmayasan. Mənim prinsipim odur ki, fərq etməz hansı çətinliyin var, həyatda mübariz olmaq lazımdır".

"Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil" 


Xəbərə aid fotolar