3 min illik batareya, 2 min illik buxar maşını Əfsanələrdəki texnoloji həqiqətlər FOTO


Digərləri 24 Sen 2018 06:30:00 330 0

3 min illik batareya, 2 min illik buxar maşını  Əfsanələrdəki texnoloji həqiqətlər  FOTO

Qədim əfsanələrdə müxtəlif texnologiyalar barədə məlumatlar var.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu əfsanələrin bir çoxunda həqiqət payı olduğu üzə çıxıb. Məsələn, vikinqlər dənizdə günəş daşı ilə hərəkət edir, parfiyalılar elektrikdən məlumatı var idi, qədim yunanlar isə buxarla işləyən maşınlar kəşf etmişdilər.

Son illər tapılan arxeoloji artefaktlar min illər əvvəl yaşayan insanların texnikaya sahib olduğundan məlumat verir.

Səhəngdən hazırlanmış batareya

1938-ci ildə Bağdad yaxınlığında aparılan qazıntılar da avstriyalı arxeoloq Vilhelm Keniq yumruq boyda gildən hazırlanmış səhəng tapır. Qabın boğazına bitium tökülmüşdü. İçində isə misdən hazırlanmış yarpaqlar və dəmir var idi. Metalın üzərindəki korroziya qabın içində nə vaxtsa turşu olduğundan xəbər verir.

Keniq başa düşür ki, 3 min il yaşı olan elektrik batareya tapıb. Amma bu, ciddi qəbul edilmədi.

50 il sonra ABŞ-ın Smit kollecinin tələbələri professor Marjori Seneşalın rəhbərliyi altında "Bağdad" batareyasının eynisini hazırlayır. Batareya 1.1 volt cərəyan verir.

Hazırda Bağdadda 12 belə səhəng tapılıb. Onların hansı məqsədlə istifadə edildiyi məlum deyil. Keniqin fikrinə görə, parfiyalılar batareyanln köməyi ilə müxtəlif sənət işləri görürdülər. Amma almaniyalı arxeoloq bildirib ki, müasir İraqın ərazisində yaşayan qədim xalqlar sinklə tanış deyildilər və belə sənətkarlıq işləri ilə məşğul olmurdular.

Kanadalı tarixçi Pol Keyzer isə bildirib ki, bu, batareya deyil, ağrıkəsici prosedurdur. Britaniyalı tədqiqatçı Pol Kreddokun versiyasına əsasən, bu artefaktdan dini ayinlərdə istifadə ediblər. Tanrı heykəllərini bu qaba qoyurdular və insanlar ona toxunurdular və onları tok vururdu.

2 min illik buxar maşını


Xəbərə aid fotolar