Çox yaşamağın ən sadə yolu tapıldı


Digərləri 24 Sen 2018 04:30:00 220 0

Çox yaşamağın ən sadə yolu tapıldı

Alimlər sübut edib ki, iltihab proseslərinin azalmasına kömək edən qida məhsullarından istifadə vaxtsız ölüm riskini xeyli azaldır. 

Son.az oxu.az-a istinadən bildirir ki, alimlərin keçirdiyi araşdırmada 45-83 yaş arasında olan 68 mindən çox adam iştirak edib. 

Araşdırma 16 il davam edib. Məlum olub ki, qida rasionuna diqqət edən və meyvə-tərəvəz, kofe, yağsız pendir, zeytun yağı, qoz və şokoladdan istifadə edən şəxslər vaxtsız ölüm riskini 18 faiz, ürək-damar xəstəliklərdən ölüm riskini 20 faiz, xərçəng xəstəliyindən ölüm riskini 13 faiz azaltmış olublar.