Oksana: "Süni mayalanma ilə doğulan uşaq atasız olmur" FOTO


Şou-biznes 23 Sen 2018 23:34:00 298 0

Oksana: "Süni mayalanma ilə doğulan uşaq atasız olmur"  FOTO

Rəqqasə Oksana Rəsulova süni yolla uşaq dünyaya gətirdiyi üçün onu qınayanlara cavab verib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi sosial media hesabında bu üsulla dünyaya göz açan uşaqların atasız olmadığını qeyd edib:

"İllərdir ki, Azərbaycanda sonsuzluğa qarşı olan, övlad həsrəti ilə yaşayan insanlar üçün heç bir müalicə kömək etmədiyi halda - XXI əsrin öndə gedən tibb proseduru süni mayalanmadır. Hal hazırda qadın sonsuzluğu ilə bərabər kişi sonsuzluğu da geniş yayaılıb və bir çox ailələr məhz süni mayalanma üçün həkimlərə müraciət edirlər. Yəni, demək istəyirəm ki, süni mayalanmadan olan uşaq bəzilərinin başa düşdüyü kimi atasız olmur, hər bir uşağın atası var. Vay o günə ki, uşaq atası yanında ola-ola atasız qalsın, belə şeylərdən qorxun, yazın, danışın ki, olmasın! Ona görə də "Süni mayalanmadan olan uşaq atasızdır" kimi fikirlər söyləməyin, günahdır, körpələrin haqqına girməyin. Süni mayalanma nikahlı ailələrə də edilir! Göydə Allah, yerdə isə peşakar həkimlər... Və təbii ki , yanında olan, sənə ürək-dirək verən ailən. Allah arzularınıza və saf niyyətlərinizə çatdırsın".


Xəbərə aid foto