Torpaq alıb ev tikmək, hazır mənzil almaqdan daha sərfəlidir VİDEO


Digərləri 23 Sen 2018 21:59:00 263 0

Torpaq alıb ev tikmək, hazır mənzil almaqdan daha sərfəlidir  VİDEO

Bakı şəhərinin bəzi ərazilərindəki binalardan ev almaqdansa, torpaq alıb ev tikmək daha ucuz başa gəlir. Bu, daha çox paytaxtın mərkəzi hissələrindən kənarda olan ərazilərə aiddir.

Son.az xəbər verir ki, əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu ərazilərdə bina evlərindən mənzil alan vətəndaş, torpaq alaraq həmin yerdə ev tiksə əhəmiyyətli dərəcədə böyük vəsaitə qənaət etmiş olur.

Ekspert, kimlərin həyət evləri tikməyə daha çox üstünlük verdiyini və bunun səbəblərini də açıqlayıb.

Nofəl Quliyev onu da bildirir ki, adətən binalarda mənzil alan zaman onu bir neçə il sonra satanda fərq o qədər böyük olmur. Ancaq həyət evi tikib onu satanda çəkilən xərcin iki qatına yaxın baha qiymətə bazara təklif oluna bilir.