Yol nişanları problemi: piyadalar və sürücülər təhlükədə VİDEO


Digərləri 23 Sen 2018 20:35:00 286 0

Yol nişanları problemi: piyadalar və sürücülər təhlükədə  VİDEO

Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir. Yolu keçən piyadalar təhlükə ilə üz-üzə qalır.

Son.az bildirir ki, Tovuzda istər gündüz, istərsə də gecə saatlarında yolu keçmək istəyən piyadalar çətinliklə izləşirlər. Buna səbəb günəş enerjisi ilə işləyən yol nişanlarının işləməməsidir. Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə, görünmür.

Bu yollarda sürət həddini tənzimləyən nişanlar olsa da, sürücülər bunlara məhəl qoymurlar. Bu da baş verə biləcək xoşagəlməz hadisələri qaçılmaz edir.

Sürücülər isə problemin kökünü yol nişanlarının düzgün işləməməsində görürlər.