Nobel mükafatçısı vəfat edib


Digərləri 23 Sen 2018 20:44:00 236 0

Nobel mükafatçısı vəfat edib

Professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.

Bakı. Tural Turan - Professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib. Trend-in məlumatına görə, fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən alimin vəfatı barədə məlumat yayılıb. O, uzun illər Alzheymer xəstəliyindən əziyyət çəkib.