Kürəkənin qaynanasını öldürməsinin və həyat yoldaşını yaralamasının təfərrüatları məlum olub


Kriminal 23 Sen 2018 20:14:00 335 0

Kürəkənin qaynanasını öldürməsinin və həyat yoldaşını yaralamasının təfərrüatları məlum olub

Saatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qaynanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub.

Son.az "report"-a istinadən bildirir ki, Bakı şəhərində yaşayan ailə boşanma üçün məhkəməyə müraciət edib. Bu səbəbdən aralarında yarana biləcək qarşıdurmadan ehtiyat edən X.Həşimovun həyat yoldaşı, 25 yaşlı Gülbikə Nurəddin qızı Həşimova Saatlı rayonundakı ata evinə sığınıb. Lakin həyat yoldaşından boşanmaq istəməyən X.Həşimov ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gedərək həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. G.Həşimovanın anası Hökumə Alışova qızını xilas etmək istəyərkən X.Həşimov ona 7 bıçaq zərbəsi endirib. Nəticədə H.Alışova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X.Həşimov həmçinin həyat yoldaşını da ağır yaralayıb. G.Həşimova Saatlı Rayon Mərkəzi Xəstəxanasına, daha sonra əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.