Kran gəmiləri, liman buksirləri və neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar aparılır


Digərləri 23 Sen 2018 20:04:00 269 0

Kran gəmiləri, liman buksirləri və neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar aparılır

"Baku Shipyard" gəmiqayırma zavodu yeni gəmilərin tikintisi ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə danışıqlar aparır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı gəmiqayırma zavodu" MMC-dən bildiriblər.

Məlumatda qeyd olunur ki, müxtəlif təyinatlı gəmilərin yenilənməsi işləri üzrə zavodla QSC arasında davamlı danışıqlar aparılır: "Hazırda yeni kran gəmilərinin, liman buksirlərinin və əlavə neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar gedir".

"Baku Shipyard"dan onu da bildiriblər ki, Ro-Pax tipli gəmilərin tikintisi ilə yanaşı, zavodda 2 ədəd yeni nəsil RST 12 C tankerinin tikintisi aparılır: