Energetika naziri OPECin Baş katibi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşdü


Digərləri 23 Sen 2018 18:39:00 264 0

Energetika naziri OPECin Baş katibi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşdü

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEC+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. OPEC Katibliyi ilə Energetika Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Görüşdə həmçinin OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir müadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez də iştirak edib. Baş katib 2019-cu ildə OPEC-ə Venesuelanın sədrlik edəcəyi barədə məlumat verib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə baş tutan görüşdə isə OPEC+ əməkdaşlığının nəticələri, neftin qiyməti və neft bazarının inkişafına dair gözləntilər nəzərdən keçirilib. Bildirilib ki, neftə qlobal tələbatın artması, eləcə də neftin qiymətinin 75-80 dollar civarında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir.


Xəbərə aid fotolar