Çaylarda sululuq səviyyəsi barədə


Digərləri 23 Sen 2018 18:31:00 259 0

Çaylarda sululuq səviyyəsi barədə

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Bakı. Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edib. Tranzit çaylardakı son vəziyyətə gəlincə, sentyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 90 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 12 m3/s təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.