Donadoni Yaponiya millisinə gedə bilər


İdman 23 Sen 2018 17:52:00 254 0

Donadoni Yaponiya millisinə gedə bilər

Donadoni məşqçi karyerası ərzində İtaliya millisi, Lecce, Livorno, Genoa, Napoli, Cagliari, Parma və Bologna kimi klubları çalışdırıb.

Ötən mövsümün sonunda Bologna-dan ayrılan Roberto Donadoni Yaponiya millisini çalışdıra bilər. Goal.az xəbər verir ki, italiyalı mütəxəssis sözügedən ölkənin futbol federasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir. Təcrübəli məşqçinin müqavilənin son detallarını müzakirə etmək üçün artıq Yaponiyaya yollandığı bildirilir.