Ukrayna hərbi gəmiləri Rusiyanın xüsusi iqtisadi zonasına daxil oldular


Dünya 23 Sen 2018 17:35:00 285 0

Ukrayna hərbi gəmiləri Rusiyanın xüsusi iqtisadi zonasına daxil oldular

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus "Donbas" və "Koreç" gəmiləri Azov dənizinə keçmək üçün Krım körpüsü yaxınlığında Kerç-Yenikal kanalına daxil olublar.

Son.az Life.ru-ya istinadən xəbər verir ki, Ukrayna gəmiləri Krım sahilləri boyunca hərəkət edərək həmçinin Rusiyanın xüsusi iqtisadi zonasına da daxil olublar.

Gəmilərin Odessadan yola çıxdığını və Azov dənizindəki Berdyansk bölgəsi istiqamətində hərəkət etdikləri bildirilir.