Britaniyada necə qonaq gedirlər?


Digərləri 23 Sen 2018 17:21:00 333 0

Britaniyada necə qonaq gedirlər?

Tutaq ki, sizi ingilislər öz evlərinə dəvət ediblər. Gözlənildiyi kimi, nahar yeməyinə və ev sahibləri qapını açır.

Bəs sonra? Özünü necə aparmalı? Özünlə nə gətirməli? Nə barədə söhbət etməli?

Böyük Britaniya - yazılmamış, lakin kifayət qədər ciddi qaydaları olan bir ölkədir.

Burada hətta konstitusiya yazılmamışdır, amma buna baxmayaraq tamamilə effektlidir.

Böyük Britaniyada qonaq getmək hansısa mənada Yaponiyanın çay mərasiminə bənzəyir.

Hər şeyin öz yazılmayan qaydası var.

Lakin əgər siz onları pozsanız yaxşı halda sizi barbar hesab edəcəklər və bu insanları bir də görməyəcəksiniz.

Xəbərdarlıq (Rusiyada buna indi disclaimer deyirlər). Aşağıda təsvir olunan qaydalar orta təbəqənin heteroseksual ingilislərinə (nə şotlandlara, nə uelslilərə, nə irlandlara və s) aiddir.

Alnın təriylə çörək pulu qazananlar, həmçinin qazanmağa ehtiyacı olmayanlar arasında davranış qaydaları adətən başqadır.

Daha bir xəbərdarlıq-disclaimer: hər bir qaydanın sonsuz sayda istisnaları var.

Dəvət

Kimsə kiminsə evinə heç vaxt elə belə gəlmir. Sizi dəvət edirlər.

Lakin başda onu anlamaq lazımdır ki, sizi həqiqətənmi qonaq çağırırlar.

Əgər siz "Siz bizə gəlməlisiniz" (You must come over) ifadəsini eşitsəniz xəbəriniz olsun ki sizi qonaq çağırmırlar.

Bu o deməkdir ki, onlar hal-hazırda sizin şəxsiyyətinizə öz müsbət münasibətlərini bildirirlər və fikirləşirlər ki yaxın il ərzində sizinlə nə vaxtsa yenidən görüşmək heç də pis olmazdı.

Yox əgər, bütün bunlara baxmayaraq siz onların qapısını döysəniz, onlar bundan şok keçirməsələr də həddən artıq təəccüblənəcəklər.

Əgər sizi həqiqətən qonaq dəvət etmək istəyirlərsə, sizdən şam yeməyinə, məsələn gələn ayın ilk şənbə günü, saat 6 və ya 7-də gəlməyin uyğun olub olmadığını soruşacaqlar.

Bu həqiqətən bir dəvətdir və sizi orada gözləyəcəklər.

Cavab ziyarəti nəzərdə tutula bilər, amma gözlənilmir.

Heç bir halda uşaqla gəlməyin, əgər sizə xüsusi olaraq onların da dəvətli olduğu deyilməyibsə.

Əgər sizin nəyəsə allergiyanız varsa və ya yeməyə aid arzularınız və ya qadağalarınız varsa sizi dəvət edən kimi bu barədə xəbər verin.

Vaxt

Əgər sizi müəyyən vaxtda dəvət ediblərsə, heç bir dəqiqə də tez gəlməyin.

Bu pis davranışdır və ev sahibləri siz onları duşdan çıxarkən, soba ilə mübarizə apararkən, döşəməni süpürərkən, makiyajın son cizgilərini bitirərkən və onların kimsəyə nümayiş etdirmək istəmədiyi başqa iş başında yaxaladığınıza görə bu qəribəliyi uzun illər xatırlayacaqlar.

Gecikmək də lazım deyil. 30 dəqiqə gecikmək qəbul ediləndir.

Yox əgər siz çox gecikirsinizsə, zəng edin üzrxahlıq edin.

Deyin ki, guya dəhşətli bir iş görmüsünüz və hər şeydə metronu, tıxacları, havanı, küçə intizamsızlığı, polisi, fırtınanı və tamamilə sizdən asılı olmayan şeyləri günahlandırın.

Çox gecikmədən sonra gələn zaman üzrxahlıq etməyi və zəlzələni, nümayişi, qatarları, futbol xuliqanlarını, öz uşaqlarınızı, yolu kəsən qoyun sürüsünü və s günahlandırmağı davam etdirin.

Lakin uzun müddət üzrxahlıq etməyin.

Üzrxahlığınızı iki dəfə təkrar edin, pis taleyinizdən şikayətlənin və bundan sonra bu mövzuya qayıtmaq lazım deyil.

Amma əliboş gəlməyin.

Ən yaxşısı əliboş gəlməyin. Gül və şokoladı unudun.

Bir şüşə şərab və ya şampan (əgər dəqiq bilirsinizsə ki ev sahibləri viski və ya belə şeylər həvəskarıdırlar ) gətirin.

Burada isə riyaziyyatla məşğul olmaq lazımdır.

Gəlməzdən əvvəl məhz özünüzün nə qədər içəcəyinizi hesablayın. İçkini elə gətirin ki ev sahiblərinə də bir şey qalsın.

Əgər bir şüşə içəcəksinizsə onda iki şüşə gətirin.

Şərab çox ucuz olmamalıdır, amma çox bahalısını da almağa dəyməz.

Yeri gəlmişkən, sizə evdə olan içkidən dərhal təklif edəcəklər. Bu içkinin dadını və qoxusunu tərifləmək lazımdır.

Əgər həqiqətən də içkini bəyənsəniz onun hardan alındığını soruşa bilərsiniz və bu cür tapıntıya görə ev sahibini tərifləyə bilərsiniz.

Ev sahibləri əgər içən deyillərsə, siz yeganə qonaq deyilsiniz. Ona görə də gələndə bir və ya iki şüşə içki gətirin.

Əgər təkcə ev sahibləri deyil, siz özünüz də içmirsiznizsə, o zaman ekzotik çay (mümkünsə paketlərdə, çünki hər kəsin evində çaydan yoxdur) gətirin, hansı ki sizin də xoşunuza gələcək və ev sahiblərini təəccübləndirəcək.

Əlbəttə ki istisnalar var.

Əgər ailədə balaca uşaqlar varsa onlara kiçik hədiyyə gətirmək olar, amma bu mütləq deyil.

Əgər söhbət evin içindəki şam yeməyindən deyil, manqaldan gedirsə o zaman pivə gətirmək olar, amma yaxşısını.

Manqal dəvətinə salat və ya buna bənzər bir şey gətirmək olar, amma ən yaxşısı əvvəlcədən soruşmaqdır. Və yadda saxlayın, heç bir halda sərxoş olana qədər içməyin.

Salamlaşma

Hər yerdə olduğu kimi, evə daxil olan zaman salamlaşmaq lazımdır. Burada müxtəlif cinslər və tanışlığın dərəcəsinə görə fərqli qaydalar var.

Əgər siz bir-birinizi o qədər yaxşı tanımırsınızsa, onda kişilər ev sahibindən başlayaraq ordakıların hamısının əlini (Rusiydan fərqli olaraq qadınların da) sıxır və özlərini təqdim edirlər.

Evin xanımının üzündən öpmək olar. Amma bu opüş bir saniyədən artıq olmamalıdır.

Qadınların seçimi çoxdur.

Onlar əli sıxa, yanaqdan öpə (həttə iki dəfə, öpüşlərin dəqiq sayı barədə müxtəlif fikirlər mövcuddur )bilərlər və eyni anda ikisini də edə bilərlər.

Ayaqqabı

Yaponiya, Kanada, İslandiya və Rusiyadan fərqli olaraq Böyük Britaniyada bununla bağlı hər ailənin öz qaydaları var.

Kimsə evə daxil olan zaman ayaqqabını çıxarır, kiminsə bu heç ağlına da gəlmir.

Bəs nə etməli?

Siz evin kandarını keçdiniz və gətirdiyiniz içki şüşəsini sizi qarşılayan ev sahiblərinə verdiniz. Siz onlarla öpüşdünüz və əl sıxdınız.

Və burada qərar qəbul etmək lazımdır.

Cəld ev sahiblərinin və orada olanların ayağına diqqət yetirmək lazımdır.

Əgər onların ayağında ayaqqabı varsa, siz də çıxarmayın. Əgər hamı corabda və ya ayaqyalındırsa siz də cıxarın.

Tərlik yoxdur. Onlar bu evdə yaşayan yaşlı adamlar üçün nəzərdə tutulub və sizə heç bir aidiyyatı olmayan şəxsi əşyadır.

Rezin çəkmələri isə həmişə soyunmaq lazımdır.

İltifat

Və siz artıq evdəsiniz və burda olanların hamısı ilə görüşdünüz.