Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub (FOTO)


Digərləri 23 Sen 2018 17:26:00 292 0

Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub (FOTO)

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub

Bakı. Tural Turan - Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, səhnələşdirəni İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.