Mahmudovu komandasl məğlub olub


İdman 23 Sen 2018 16:10:00 244 0

Mahmudovu komandasl məğlub olub

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 6-cı turun oyunları keçirilib. Goal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt da növbəti matçına çıxıb. Komanda doğma meydanda Kaiserslautern-lə qarşılaşıb. Mahmudovun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Murad da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

Geridə qalan bütün oyunlarında məğlubiyyətlə üzləşmiş Frankfurt təmsilçisi hazırda xalsızdır və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.