Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd mübarizə aparacaq


Digərləri 23 Sen 2018 16:57:00 219 0

Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd mübarizə aparacaq

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb

Bakı. Tural Turan - Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb Trend-in məlumatına görə, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikelаdze sentyabrın 23-də keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, MSK oktyabrın 28-də keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda mübarizə aparmaq üçün namizədliyini irəli sürmüş 46 nəfərdən 25-nin namizədliyini təsdiq edib. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6-nın isə namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Mikeladzenin sözlərinə görə, prezidentliyə namizədlər seçkilərə 12 gün qalanadək (oktyabrın 16-dək) namizədliyini geri götürə bilərlər. Əks halda onların adları seçki bülletenlərində qeyd olunacaq.