Bakıdan Masallıya qonaq gedən 23 yaşlı gənc on gündür itkin düşüb


Digərləri 23 Sen 2018 16:25:00 214 0

Bakıdan Masallıya qonaq gedən 23 yaşlı gənc on gündür itkin düşüb

On gün əvvəl Bakıdan Masallı rayonuna gedən şəxs itkin düşüb.

Son.az Report-a istinadən bildirir ki, əslən Masallı rayonunun Səmidxanlı kəndindən olan, valideynləri ilə birlikdə Bakı şəhərinin Xətai rayonunda yaşayan 1995-ci il təvəllüdlü Əlibəyli İlkin Namiq oğlu 10 gün əvvəl evdən xəbərsiz çıxaraq Masallı rayonuna, bacısının qaldığı Alışqanlı kəndinə gedib.

Orada bir gün qaldıqdan sonra xəbərsiz olaraq evi tərk edib və naməlum istiqamətdə gedib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə və Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Lakin hər hansı bir məlumat yoxdur.


Xəbərə aid fotolar