TOY YASA DÖNDÜ:


Dünya 23 Sen 2018 15:56:00 304 0

TOY YASA DÖNDÜ:

Türkiyənin Adıyaman bölgəsində gəlin xınayaxdı gecəsi özünü öldürüb.

Son.az xəbər verir ki, Oyratlı kəndində Hülya Y. adlı gənc qız xınayaxdı mərasimi zamanı atasına məxsus tapançanı götürərək başqa otağa keçib. Burada bir qədər gözləyən qız çənəsinin altından atəş açıb. O, ağır vəziyyətdə Adıyaman Uiversitetinin xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Nişanlı qızın xınayaxdı mərasimi günü özünü hansı səbbədən öldürməsi hələlik məlum deyil.