Altmış beş ildən sonra bir ilk yaşanacaq


Dünya 23 Sen 2018 15:42:00 287 0

Altmış beş ildən sonra bir ilk yaşanacaq

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In dekabrda Koreya Respublikasının paytaxtı Seula səfər edəcək.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Ce-ini Pxenyana səfərdə müşayiət edən "CJ" korporasiyasının rəhbəri Son Kyunq deyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, KXDR lideri Kim Çen In bu barədə Cənubi Koreya Prezidenti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında məlumat verib.