Fenerbahçe-nin baş məşqçisi postuna namizədlərdən biri odur


İdman 23 Sen 2018 14:06:00 349 0

Fenerbahçe-nin baş məşqçisi postuna namizədlərdən biri odur

Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk oyunda Dinamo-ya (Zaqreb) 1:4 hesabı ilə məğlub olan Fenerbahçe-də baş məşqçisi Filip Kokunun istefası yenidən gündəmə gəlib. Goal.az xəbər verir ki, "sarı lacivərdlilər"in baş məşqçi postuna namizədlrdən biri də hazırda Real-ın aşağı yaş qruplarının koordinatoru olan Roberto Karlosdur. Braziliyalı keçmiş futbolçunun əlaqə qurduğu Fenerbahçe rəsmilərini İspaniyaya dəvət etdiyi bildirilir. “Az vaxtda komandanı düzəldərəm” sözü verən 45 yaşlı mütəxəssisin aşağı yaş qrupları ilə bağlı da layihəsi artıq hazırdır.

2007-2010-cu illərdə İstanbul klubunun şərəfini qoruyan Karlos, Sivasspor və Akhisar-da baş məşqçilik edib.