Rusiyadan İl20 açıqlaması:


Dünya 23 Sen 2018 13:57:00 216 0

Rusiyadan İl20 açıqlaması:

Rusiya Müdafiə Nazirliyi hesab edir ki, Suriyada vurulan İl-20 kəşfiyyat təyyarəsi ilə bağlı bütün məsuliyyət İsrail Hərbi Hava Qüvvələrinə məxsusdur.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"İsrail pilotlarının 15 rus hərbi qulluqçusunun ölümünə səbəb olan fəaliyyətləri onların qeyri-peşəkarlığı və ya səhlənkarlığından xəbər verib" , - MN sözçüsü bildirib.