"Qrizmann hələ o səviyyəyə çatmayıb"


İdman 23 Sen 2018 13:10:00 260 0

"Qrizmann hələ o səviyyəyə çatmayıb"

“Qızıl top” mükafatına namizədlər arasında son üçlükdə yer almayan Antuan Qrizmann bir müddət əvvəl Ronaldo və Lionel Messidən yaxşı futbolçu olduğunu demişdi. Goal.az  xəbər verir ki, Atletico- nun və Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlan Ronaldonun bu məsələ ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. 

“Hazırda Ronaldo və Messi dünyanın ən yaxşılarıdır. Onların yanına yaxınlaşan hansısa futbolçunu görə bilmirəm. Bir müddət belə davam edəcəyini düşünürəm. Qrizmann hələ o səviyyəyə çatmayıb. Məncə, Neymar ən üst səviyyəyə çatmaq məsələsində daha şanslı futbolçudur”.

Dieqo Forlan 2007-2011-ci illərdə Atletico-nun şərəfini qoruyub.