Ukraynada Poroşenko dövrü başa çatır:


Dünya 23 Sen 2018 13:09:00 217 0

Ukraynada Poroşenko dövrü başa çatır:

Ukrayna vətəndaşlarının yalnız 5 faizi hazırki dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməsini dəstəkləyib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "NyusVan" telekanalının keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğuda ümumilikdə 35 min nəfər iştirak edib. Bunlardan 95 faizi Poroşenkonun yenidən seçilməsinə müsbət yanaşmadığı halda, cəmi 5 faiz hazırki prezidenti növbəti müddətə də öz postunda görmək istədiyini bildirib.