ABŞ hərbi bazası yaxınlığında güclü zəlzələ


Dünya 23 Sen 2018 12:42:00 249 0

ABŞ hərbi bazası yaxınlığında güclü zəlzələ

Sakit okeanda Quam adası sahilləri yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.

Səhər saatlarında baş verən zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində ölən və ya yaralananların olması ilə bağlı informasiya verilməyib.