Qeyrisabit hava şəraiti ilə bağlı


Digərləri 23 Sen 2018 12:26:00 294 0

Qeyrisabit hava şəraiti ilə bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış,  bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olmuşdur.

Yağış: Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm)  olmuşdur.

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 23-də

Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarekterli olacağı,şimşək

çaxacağı ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s.

Havanın temperaturu  gündüz  22-24°, axşam 20° isti  təşkil edəcək.

Sentyabrın 24-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə

yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz.