Musiqiçilər şadlıq saraylarından narazıdır


Digərləri 23 Sen 2018 10:39:00 249 0

Musiqiçilər şadlıq saraylarından narazıdır

Musiqiçilər şadlıq saraylarından narazıdır. Onlar ödənilən pulun artırılmasını istəyirlər.

Son.az bildirir ki, hazırda əksər restoranlarda müxtəlif musiqi alətlərinin ifaçılarına hər toya görə 20 manat pul verilir. Onlar isə bu məbləğin 50 manata qaldırılmasını istəyir. Əks halda toylara getməyəcəklərini bildiriblər.

Toylarda restoranlarla əməkdaşlıq edən musiqiçilər maaşlarının azlığından narahatdır.

Musiqiçilər deyir ki, hazırda verilən maaş onların heç bir tələbatını ödəmir. Bir sözlə çəkdikləri əziyyətə dəymir.

Bunun qarşısını almaq məqsədilə musiqiçilər bir araya gələrək qrup yaradıblar. Onlar hazırki maaşla toya getməyəcəklərini qərarlaşdırıblar.