Bu gün Paşinyanla Sarqsyanın pərdəarxası döyüşü olacaq


Dünya 23 Sen 2018 09:27:00 247 0

Bu gün Paşinyanla Sarqsyanın pərdəarxası döyüşü olacaq

Bu gün Ermənistanda İrəvan meri seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Bu seçkilərdə əsas rəqabətin Çarukyan fraksiyasının deputatı, Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan ilə Mənim Addımım Blokunun namizədi Hayk Marutyunyan arasında keçəcəyi ehtimal olunur.

Son.az bildirir ki, bu barədə Axar.az-a açıqlama verən politoloq Ehtiram Aşırlı bildirib ki, Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksəkdir. Belə ki, Zöhrabyan Ermənistanda populyardır:

"O, ölkədəki reytinqinə görə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı da geridə qoyur. Bundan əlavə, N.Zöhrabyan Post-patrul alayının binasını tutan və keçmiş hakimiyyətə qarşı mübarizə aparan "Sasna Çrer" silahlı qruplaşmasının üzvlərinin azadlığa buraxılması uğrunda aktiv mübarizə aparıb. O, həmçinin sadə insanların tullantıların toplanmasından sosial problemlərinədək mövcud çətinliklərinin həlli istiqamətində də aktivlik göstərib. Son olaraq, onun Hayk Marutyunyanın bu seçkiləri "ağ" və "qara"ların mübarizəsi" adlandırmasını ilk tənqid edənlərdən biri olması nüfuzuna müsbət təsir edib".

Politoloqun fikrincə, N.Zöhrabyan siyasi təcrübə baxımından da rəqibini üstələyir:

"Ondan fərqli olaraq, Hayk Marutyunyanın siyasi təcrübəsi demək olar ki, yox dərəcəsindədir. Lakin onun seçkilərdəki üstünlüyü "məxməri inqilabı"nı qələbə ilə başa vuran və hazırda Ermənistan baş naziri olan Nikol Paşinyanın ona dəstək verərək seçki kampaniyalarında çıxış etməsidir. Bu da öz növbəsində N.Paşinyanı dəstəkləyənlərin H.Marutyunyana səs verəcəyi deməkdir. H.Marutyunyan Ermənistanda tanınmış aktyordur və tanınır. Ancaq bu ona N.Zöhrabyana qalib gəlməsi üçün kifayət etmir".