İrandan sərt bəyanat


Dünya 23 Sen 2018 08:59:00 244 0

İrandan sərt bəyanat

Niderland, Danimarka səfirləri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı İran XİN-ə çağırılıblar.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, üç ölkənin nümayəndəsi Əhvazda baş verən terror aktında əli olan terror qruplaşmalarının üzvlərinin həmin ölkələrdə gizlədilməsi ilə bağlı İranın mövqesi ilə bağlı məlumatlandırılıblar.

Qeyd olunur ki, İran terrorçuların həmin ölkələrdə olduğunu bir daha nəzərə çatdırıb və onların həbs və mühakimə etməyə çağırıb.