Çoban atdan yıxılaraq ağır xəsarət alıb


Digərləri 23 Sen 2018 07:55:00 305 0

Çoban atdan yıxılaraq ağır xəsarət alıb

Mingəçevir şəhərində heyvanları otaran çoban atdan yıxılaraq qabırğaları sınıb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə "Tərəvəzçilik" adlanan yaşayış massivinin yaxınlığındakı otlaqda baş verib.

Otlaqda mallarını otaran 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ədalət İbrahim oğlu Kərimov ehtiyatsızlıqdan atdan yıxılıb. Nəticədə onun qabırğaları qırılıb və digər ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.