İrandan sərt bəyanat: Terrorçuların Avropada cinayət törədmədikcə qara siyahıya daxil edilməməsi qəbuledilməzdir


Digərləri 23 Sen 2018 07:36:00 291 0

İrandan sərt bəyanat: Terrorçuların Avropada cinayət törədmədikcə qara siyahıya daxil edilməməsi qəbuledilməzdir

Niderland, Danimarka səfirləri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı İran XİN-ə çağırılıblar.

Bakı. Niderland, Danimarka səfirləri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı İran XİN-ə çağırılıblar. Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, üç ölkənin nümayəndəsi Əhvazda baş verən terror aktında əli olan terror qruplaşmalarının üzvlərinin həmin ölkələrdə gizlədilməsi ilə bağlı İranın mövqesi ilə bağlı məlumatlandırılıblar.