Cənub regionunda elektrik enerjisi infrastrukturu yenidən qurulur FOTO


Digərləri 23 Sen 2018 07:22:00 549 0

Cənub regionunda elektrik enerjisi infrastrukturu yenidən qurulur  FOTO

Lerik və Yardımlı rayonlarında elektrik enerjisi infrastrukturu yenidən qurulur.

"Azərişıq" ASC-dən Son.az-a verilən məlumata görə, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, əhalinin, kənd təsərrüfatı, sənaye, turizm və iaşə obyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görülüb.

Ölkəmizin turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qış aylarında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, "Azərişıq" ASC çətin relyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış İdarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kilovoltluq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-dək yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. Cari ildə Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib.


Xəbərə aid fotolar