Kataloniyada sudan pulsuz istifadə üçün imza toplayırlar


Dünya 23 Sen 2018 07:11:00 349 0

Kataloniyada sudan pulsuz istifadə üçün imza toplayırlar

İstehlakçıların və istifadəçilərin hüquqlarının müdafiəsi təşkilatı Kataloniyanın müəssisələrində krandan suyun pulsuz verilməsi üçün imzatoplama kampaniyası keçiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın gətirdiyi dəlillərdən biri kəmərlə gələn suyun ucuz olmasıdır. Belə ki, 1 litr su 0,002 avrodan da az qiymətə başa gəlir. Aksiya fəalları əlavə edirlər ki, sudan pulsuz istifadə faydalı vərdişlər formalaşdıracaq, həmçinin plastikdən istifadəni azaldacaq. Onlar suyun insan üçün ilk zəruri vasitələrdən olduğunu bir daha qeyd edirlər.

Məsələ təkcə Kataloniyada deyil, İspaniyanın digər regionlarında da qaldırılıb. Kataloniyada restoran və mehmanxana biznesi sektorunun nümayəndələri buna qəti narazılıqlarını bildiriblər və bu layihənin müzakirəyə çıxarılmamasına qərar verilib.